image-qanunla-reklam
image-1667304113_savasin-seyri-degisecek-rus-lider-putin-olum-15399309_7091_amp-1

Putin qadın pilotları cəbhəyə göndərdi

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putin “ölüm mələyi” adlandırılan Serov adına Ali Hərbi Aviasiya Məktəbini bitirən qadın pilotları Ukraynada döyüşmək üçün cəbhəyə göndərib.

Qanunla.Az  xarici KİV-ə istinadən xəbər verir ki, pilotlar Rusiya Hərbi Hava Qüvvələri tərəfindən strateji nüvə silahı daşıyan təyyarələrin daşınması və istismarı üzrə ekspertlərdir.

Putinin əmrindən xəbərdar olan pilotlar təkcə Ukrayna əsgərləri ilə deyil, sursat çatışmazlığı kimi problemlərlə mübarizə aparan Rusiya ordusunun köməyinə gedəcək.

Bu il məzun olan qrupun hazırlığına 2017-ci ildən başlanılıb. Təlimlərə cavabdeh olan polkovnik Oleq Pçela komanda haqqında, “Qızlar adətən çox romantik olurlar. Onların hərbi təyyarələrimizi necə idarə etməyi öyrənmək və komandirlik vəzifələrini yerinə yetirmək üçün yaxşı motivasiyaları var. Hərbi pilot olmaq çox məsuliyyətli bir insandır. Bu ,həm də yüksək mənəvi dəyərlər tələb edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki