image-qanunla-reklam
image-1670305261-image_750x_638e2603f0430

Putin “Mersedes”lə Krım körpüsündən keçdi – VİDEO

image-lady-day-az

Rusiya Federasiyası Prezidenti Vladimir Putin Kerç boğazı üzərindəki Krım körpüsünə səfər edib. 

“Qanunla.az” xəbər verir ki, bu barədə dekabrın 5-də Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Rusiya lideri “Mersedes”lə körpüdən keçib. O, baş nazirin müavini Marat Xüsnullinin məruzəsini dinləyib və körpünün strukturunu mükəmməl vəziyyətə gətirmək barədə göstəriş verib.

Qeyd edək ki, oktyabrın 8-də Krım körpüsündə yük maşını partlayıb, nəticədə 4 nəfər ölüb. Putin sözügedən partlayışı terror aktı kimi qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki