image-qanunla-reklam
image-1667544592-rb4gc9l-asset-mezzanine-16x9-3kqki8q

“Putin gəlsə, Ukrayna G20-yə getməyəcək” – Zelenski

image-lady-day-az

G20 toplantısının iştirakçıları arasında Rusiya prezidenti Vladimir Putin də olarsa, mən orada iştirak etməyəcəm. 

Qanunla.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Mənim şəxsi mövqeyim və Ukraynanın yanaşması ondan ibarətdir ki, Rusiya Federasiyasının rəhbəri iştirak edərsə, Ukrayna iştirak etməyəcək”, – dövlət başçısı deyib.

Eyni zamanda o, noyabrın 15-16-da İndoneziyada keçiriləcək sammitə hazırlaşdığını və artıq həmkarı İndoneziya prezidenti Coko Vidodo ilə gündəliyi və digər təşkilati məsələləri müzakirə etdiyini açıqlayıb: “Bütün hallarda biz artıq dəvət olunmuşuq və onlar bu gün iştirakımızı təsdiqlədilər, görək, sayılı günlər qalıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki