Avqustun 23-də təyyarə qəzasında həlak olan “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus ikinci təyyarə Bakıya uçub. 

“Qanunla.az” xəbər verir ki, bu barədə “Flightradar24″ün məlumat bazasında qeyd olunub.

Priqojinin teleqram kanalı məlumatı təsdiqləyib: “RA-02748 nömrəli Embraer ERJ-135BJ “Legacy 650” biznes təyyarəsi Moskvanın Vnukovo hava limanından havaya qalxıb”.

Uçuş bu gün axşam saatlarında həyata keçirilib. Uçuş saatına görə, təyyarə hazırda Bakıdadır.

Qeyd edək ki, sözügedən təyyarə dünən Priqojinin uçduğu təyyarəni müşayiət edirdi.