image-qanunla-reklam
image-fb_img_1666166675738

Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncamla 2023 -cü il “Heydər Əliyev İli” elan olundu

image-lady-day-az

Ölkəmizin anarxiya və parçalanma, milli dövlətçiliyimizin məhv olma təhlükəsi, erməni işğalçılarının genişmiqyaslı işğalı kimi çətin durumda xalqımızın iradəsilə güvəndiyi siyasi lider, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi zərurət idi. Olduqca ağır və fəlakətli dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı bütün faciələrdən xilas etdi, xalqımızın milli mənlik şüuru yüksəldi və milli dövlətçiliyimizin təməl daşı qoyuldu.
Heydər Əliyev irsinin layiqli davamçısı, ölkə prezidenti, Cənab İlham Əliyev Ulu Öndərimizin təməl prinsiplərinə söykənərək milli dövlətçiliyimizi yüksəklərə qaldıraraq Azərbaycanı dünyada söz sahiblərindən birinə çevirdi.

Çox haqlı olaraq ölkə Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncamla 2023 -cü il “Heydər Əliyev İli” elan olundu. Şübhəsiz ki, Uca Tanrının taleyimizə bəxş etdiyi Heydər Əliyev irsi bu gün və gələcək üçün əvəzedilməzdir. Onun qorunub – saxlanılması və əsas götürülməsi dövlətçiliyimizə böyük uğurlar verəcəkdir. Ulu Öndər irsi daim vətənpərvər olmağa, dövlətçiliyimizi qorumağa ən böyük nümunədir. Heydər Əliyev irsi xalqımızın milli sərvətidir. Bu irs xalqımız yaşadıqca var olacaq, nəsillərdən nəsillərə ötürüləcəkdir. Milli sərvətimizi göz bəbəyi kimi qorumaq hər bir Azərbaycanlının vətəndaş məsuliyyətidi, müqəddəs borcudur.

Günay Ağamalı

Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, AVP Qadınlar Şurasının sədri.

19 Oktyabr 2022 – ci il


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki