image-qanunla-reklam
image-42jpg-1663576247

Prezident İlham Əliyevin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Samitində çıxışı

image-lady-day-az

 Prezident İlham Əliyevin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Samitində çıxışı

Şanxay Əməkdaşlıq Təşkilatının əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Sentyabrın 16-da Səmərqənddə işə başlayan Təşkilata üzv ölkələrin Samitində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sammitdə dərin məzmunlu çıxış edərək mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu vurğulayıb. Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir və bu amil hər zaman beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Həmçinin, vurğulanıb ki, son illər yük daşımalarının həcminin artırılması məqsədilə Azərbaycan müvafiq modernizasiya işləri apararaq, dəniz limanlarının yükaşırma qabiliyyətini 15 milyon tona çatdırıb.

Prezidentimiz cənab  İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətini də bu kontekstdə diqqətə çatdıraraq bildirib ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Bir mühüm məqam da Sammit iştirakçılarının diqqətinə çatdırıldı ki, 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Hərəkata sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki