image-qanunla-reklam
image-311143513_5944162268935599_221878233221613464_n

Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu

image-lady-day-az

Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi kimi tarixə düşən Praqa görüşü ölkəmizin qətiyyətini və gücünü göstərdi. Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli formatda keçirilən görüş, Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi kimi tarixə həkk oldu və ümumilikdə Praqa görüşünün nəticələri ölkəmizin milli maraqlarının təmin olunması baxımından böyük rol oynayacaq. Dünya növbəti dəfə ölkə başçımız, cənab Prezidentimiz İlham Əliyevin yüksək liderlik və siyasi bacarığına, müdrikliyinə, uzaqgörənliyinə, qətiyyətinə şahidlik etdi. Eyni zamanda bütün dünya növbəti dəfə Azərbaycan Türkiyə qardaşlığına, birliyinə şahid oldu.

Praqa görüşündə həyəcanlı, təlaşlı görünən Nikol Paşinyan cənab İlham Əliyev qətiyyətinin və Dəmir Yumruğunun qarşısında mat qalmışdı. Qurduğu bütün planları puç olan Paşinyanın bütün ümidləri də suya düşmüşdü.

5 saatdan çox davam edən və gərgin müzakirələr şəraitində keçən danışıqların nəticəsi olaraq Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını, bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını elan etdi. Görüşdə əldə olunan növbəti müsbət nəticələrdən biri də, sərhədlərin delimitasiyası və demarkasiyası komisiyasının və sülh müqaviləsinin hazırlanması üçün işçi qruplarının fəaliyyət göstərməsi vaxtlarının və müddətlərinin müəyyən olunması oldu. Bütün bunlar bir daha sübut edirki, Praqa görüşü Azərbaycanın tam siyasi-diplomatik qələbəsi ilə başa çatmış və görüş zamanı əldə olunmuş nəticələr ölkəmizin milli maraqlarına tam uyğundur. Eyni zamanda Praqa görüşü bütün Azərbaycanlılara böyük qürur hissi yaşatdı. Bir daha hər bir Azərbaycanlı İlham Əliyev kimi prezidenti və Qalib Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün fəxr etdi. Bizlərə bu qüruru və fəxr hissini yaşatdığınız üçün Sizə dərin təşəkkür edirik cənab Prezidentimiz İlham Əliyev! Hər bir Azərbaycanlının dünya qarşısında fəxrisiniz! Məhz sizin həyata keçirdiyiniz müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünya miqyasında qüdrətli, güclü və qalib xalqa çevrildi. Sizin həyata keçirdiyiniz ordu quruculuğu və hərb siyasətinin nəticəsidir ki, Şanlı Azərbaycan ordusu 21-əsrin müharibəsini apararaq öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Sizin həyata keçirdiyiniz düzgün gənclər siyasəti nəticəsidir ki, heç zaman Qarabağı görməyən gənclər torpaqlarımızı işğaldan azad etdi. Sizin həyata keçirdiyiniz müdrik xarici siyasət nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə öz gücü və mövqeyi ilə seçilən etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın haqq səsi dünyanın aparıcı arenalarından eşidilir. Sizin həyata keçirdiyiniz sosial – iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın ən dinamik inkşaf edən ölkələrindən birinə çevrilmişdir. Sizin həyata keçiriyiniz siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada baş verən qeyri-sabit proseslərdən tam kənardadır və sabitlik adasına çevrilmişdir! Hər şey üçün sonsuz təşəkkürlər!

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru –  Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki