image-qanunla-reklam
image-1674808748-new-abrams-background-scaled-e1661443169960

Polşa Ukraynaya 60 tank verəcəyini açıqladı

image-lady-day-az

Polşa Ukraynaya 60 ədəd tank təhvil verəcək.

Qanunla.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib.

Məlumata görə, bura təkcə 14 Alman Leopardları deyil, həm də 30 PT-91 tankı, eləcə də digər modernləşdirilmiş maşınlar daxildir.

“Ukraynanın uduzmasını istəmiriksə, dəstəyimizdə çox açıq və israrlı olmalıyıq”, – siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Varşava ötən il Kiyevə 250 tank göndərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki