image-qanunla-reklam
image-1663741270_15_main-v1663725313

Polşa prezidenti Rusiyanı sərt tənqid etdi

image-lady-day-az

Rusiya Ukraynaya hərbi təzminat ödəməlidir.

Qanunla.az xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

O, çıxışını Ukraynadakı müharibəyə və Rusiyanın işğalının nəticələrinə, xüsusən də Polşa və dünyanın digər dövlətlərinə həsr edib.

“Müharibə 7 aydır davam edir. Rusiya dinc insanları öldürür, insanları zorla öz ərazisinə köçürür.Şəhərləri, abidələri, məktəbləri, uşaq bağçalarını və xəstəxanaları, ələ keçirə bilmədiyi və qarət edə bilməyəcəyi hər şeyi məhv edir. Və hətta nüvə fəlakəti təhlükəsi yaradır”.

O, Rusiyanı imperiya düşüncəsində və qonşularının öz müqəddəratını təyinetmə hüququnu inkar etməkdə ittiham edib.

O xatırladıb ki, fevralın 24-də işğal başlayandan bəri o, üç dəfə Ukraynaya səfər edib və o vaxtdan bəri altı milyon ukraynalı Polşa ilə sərhədi keçib. Anjey Dudanın sözlərinə görə, ukraynalı və polşalı uşaqlar məktəbə birlikdə gedirlər və adi Polşa sakinləri öz evlərini yüz minlərlə qaçqının üzünə açıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki