image-qanunla-reklam
image-f7833045-6607-4c2b-b1cf-fad46579b5be

“Poliqon” Strateji İntellekt Oyunu üzrə Xarıbülbül Kubokunun qalibləri müəyyən olundu-FOTO

image-lady-day-az

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə Xarıbülbül Kubokunun ötən ilin oktyabr ayından start götürən seçim turları Zərdab, Ucar, Kürdəmir, Ağcabədi və Beyləqan rayonlarında baş tutmuşdur ki, bu mübarizədə regionları təmsil edən 80 komandanın 800 intelektual üzvü qalibiyyət uğrunda mübarizə aparmışdır.

Qanunla.Az xəbər verir ki, seçim turlarında ən çox xal toplayan 8 komandanın iştirak etdiyi final oyunu Zərdab rayonunda baş tutdu.
Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsinə ehtiramla başlanan final oyununun açılış mərasimində “Poliqon” Strateji İntellekt Oyununun müəllifi, YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev və Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov iştirak etdilər.
İştirakşıların gərgin intellekt mübarizəsi ilə davam edən final oyunun nəticələrinə görə Kürdəmir rayonunun “Müfəttişlər” komandası birinci, Zərdab rayonunun “Pele-82” komandası ikinci, Zərdab rayonunun “Şuşa” komandası üçüncü yerləri bölüşdülər. Qaliblər kubok, medal və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

image-f7833045-6607-4c2b-b1cf-fad46579b5beimage-12f0da40-81db-4970-a133-8b0bdb826e3aimage-2a7f1e19-2438-4a99-b213-303940ca581fimage-3774e373-d501-453b-9bd7-7b3de82e06ebimage-cf2cda57-0090-47a2-a5c8-52f89eac0256image-de3cf67c-de22-4f90-9aa6-239fd03f5e38image-c2038d1f-3f14-4388-a72b-71ee5ff7f1ecimage-2d42abdf-97ef-490e-8b32-95167c8b476aimage-3997ebc3-692e-4775-a7cd-d336862dc4f8image-355698d1-7eaf-4e60-b39f-6df2fa60ce0fimage-82b40527-2111-4e5e-8ef7-934bf4e45a6d


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki