image-qanunla-reklam
image-1661147064_tatiana-instagram_16_9_1661143670

Peskovun həyat yoldaşı Türkiyədə belə əyləndi – VİDEO

image-lady-day-az

Putinin ən güvəndiyi adlar sırasında olan və illərdir Kremlin sözçüsü vəzifəsində çalışan Dimitri Peskovun həyat yoldaşı Tatyana Navkanın Türkiyə tətili diqqət çəkib.  

Qanunla.Az xarici KİV-ə istinadən xəbər verir ki, özəl yaxta kirayələyib tətilə çıxan Navka 1 milyon 200 mindən çox sosial şəbəkə hesabında əyləndiyi gecədən görüntülər paylaşıb.

Belə ki, Navka Ege adalarında rast gəlinən boşqab sındırmaq ənənəsini tətbiq edib. Onlarla boşqab sındırarkən çəkilən görüntülər müzakirə mövzusuna çevrilib.

47 yaşlı Navka və Peskov Ukrayna müharibəsinə görə ABŞ və Aİ tərəfindən sanksiya tətbiq edilənlər arasındadır.

Navka və Peskovun sanksiyalara görə Türkiyədə “meyxanaya” bənzər bir yerə getdiyi təxmin edilərkən, sosial mediada paylaşım edən bəzi istifadəçilər “Putinin sözçüsü və həyat yoldaşının onların şənlikdə görüntülərini paylaşmasına inana bilmirəm”,” Müharibə gedən zaman belə “rahat”  əylənmələri sadəcə dəhşətdir”kimi şərhlər gəlib.

 

  

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki