image-qanunla-reklam
image-1672984695_photo_42126

Pensiyanın artırılması Naxçıvanda neçə nəfərə şamil ediləcək?

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli Sərəncama uyğun olaraq əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün vətəndaşların pensiyalarının məbləği 280 manata çatdırılacaqdır.

“Qanunla.az” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatında bildirilib.

“Beləliklə, minimum əmək pensiyasının məbləği 16,7 faiz artırılır ki, bu da bir neçə ildir minimum pensiyanın yüksək məbləğdə artırılmasının göstəricisidir. Minimum pensiyanın artırılması muxtar respublika üzrə ümumilikdə 4 min 600 əmək pensiyaçısına şamil ediləcəkdir”, – deyə məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki