image-qanunla-reklam
image-1665040960_304892750_648976729761047_5705364552943290545_n

Paşinyan Praqaya getdi

image-lady-day-az

Ermənistanın Baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqaya səfəri başlayıb.

Qanunla.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bugün hökumətin iclasına Baş nazirin müavini Mher Qriqoryan sədrlik edəcək.

Xatırladaq ki, bu gün Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti keçiriləcək. Zirvə görüşü çərçivəsində Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli, Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə dördtərəfli görüşü gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki