image-qanunla-reklam
image-1658996629_59686f9350ffec797d31a170eb5ee32d_m

“Paşinyan fermerlərin pulunu oğurladı”

image-lady-day-az

“Paşinyan bütün fermerləri həvəsləndirdi, hamısını aldatdı, pullarını oğurladı”.

“Qanunla.az “ erməni KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistandakı fermerlər etiraz zamanı bildiriblər.

2019-cu ildən bu yana həyata keçirilən “ağıllı mal-qara təsərrüfatları” layihəsində Paşinyan vəd etdiiyi sözü tutmayıb və ölkədəki əksər fermerləri ziyana salıb.

Həmçinin Paşinyanın çıxışları zamanı dediyi nəzərdə tutulan 230 deyil, cəmi 39 ferma tikilib.

Hətta rəsmi məlumatlara görə, tikilən 39 fermadan bəziləri hazırda fəaliyyət göstərmir.

İddialara görə, büdcədən bu layihə üçün ayrılan pulların 70 faizi yoxa çıxıb. Ermənilər iddia edirlər ki, Paşinyan pulları oğurlayıb.

Aynurə Xudaverdiyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki