image-qanunla-reklam
image-1663652574_16796

“Paşinyan Azərbaycana dəhliz vəd edib” – Keçmiş baş nazir

image-lady-day-az

Paşinyan Azərbaycana dəhliz vəd edib. Dəhlizin verilməsi üçün son tarix 9 noyabr 2025-ci ildir. Dəhliz məsələsi həll olunandan sonra Sünik (Zəngəzur – red.) məsələsi də həll olunacaq. Ancaq hər şey bununla bitməyəcək.

“Qanunla.az” xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

O bildirib ki, son döyüşlər dəhlizin açılaacağı yerdə baş verib: “2020-ci il noyabrın 7-də Stepanakertdə (Xankəndi – red.) 150 ​​erməni qalmışdı. Və birdən müharibə dayandırıldı. Əliyev niyə müharibəni dayandırmağa razı oldu? Ola bilsin ki, elə o vaxt dəhliz vəd edilib. Həm KTMT, həm də Aİ Paşinyanın vəd etdiyi dəhlizdən xəbərdardır, əks halda bəyanatlar daha sərt olardı”.

Baqratyan onu da deyib ki, son münaqişədə “Ermənistan iki yerə bölünəcək”.

O, İranın buna qarşı olduğunu da açıq şəkildə bildirib: “Çünki Zəngəzur o zaman İrana hücum platformasına çevriləcək və dəhliz İranı şimaldan kəsəcək. Bundan başqa, İran Ermənistan və Gürcüstandan keçməklə Avropaya qaz kəməri çəkmək niyyətindədir. Bu halda dəhliz ona mane olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki