image-qanunla-reklam
image-1658228426_294799426_5075495762558922_8134738275390726029_n

Öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın evlərinə qayıtması mərhələsi artıq başlayıb

image-lady-day-az

Öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın
evlərinə qayıtması mərhələsi artıq başlayıb

10 noyabr 2020-ci il tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi: “Artıq iki ildir Böyük Qayıdış strategiyası icra edilir. Mənfur düşmənin dağıtdığı şəhər və kəndlərimiz yenidən qurulur. Öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın evlərinə qayıtması mərhələsi artıq başlayıb. Böyük Qayıdış strategiyası yeni ihfrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunan əraziləri, ümumiyyətlə, regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtmaları üçün bütün imkanlar səfərbər olunub. Dövlət başçısı Şuşada hərbçilər qarşısındakı çıxışında da bu məqama diqqəti yönəldərək bildirdi ki,   müharibədən keçən iki ildə öz siyasətimizi davam etdirmişik. İki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru  yenidən qururuq və quracağıq. Cənab İlham Əliyev bu çağırışı  səsləndirdi ki,  Ordumuzu gücləndiririk və gücləndirəcəyik.”
“Hazırkı mərhələdə  bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması əsasdır. “Müharibə iki il bundan əvvəl başa çatsa da, narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm” söyləyən Müzəffər Ali Baş Komandan bildirdi ki, onlar otuz ilin işğalının acılarını indi görürlər.
Onlar anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır”,-deyə millət vəkili vurğulayıb.
Sülh gündəliyinin müəlifi Azərbaycandır. Ölkəmiz beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini edib. Dövlət başçısı İlham Əliyevin Şuşadan Ermənistana və ona havadarlıq edən dövlətlərə  çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki