image-qanunla-reklam
image-1682503893_630ca64a35ff0630ca64a35ff11661773386630ca64a35fee630ca64a35fef

Ölkəyə narkotik vasitələr əsasən bu zonadan daxil olur

image-lady-day-az

Aprelin 26-da 1964 məhkəmə hökmü ilə barələrində məhvetmə qərarı qəbul olunmuş 4 ton 646 kiloqramdan çox müxtəlif növ narkotik vasitə, psixotrop maddə, o cümlədən 39 min ədəd çətənə bitkisi məhv edilib.

Qanunla.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib.

Onun sözlərinə görə, məhv olunan narkotik vasitələrin təqribi dəyəri 223 milyon manat civarındadır.

“Ölkəyə qaçaqmalçılıq yolu ilə qanunsuz dövriyyəyə gətirilən narkotik vasitələr əsasən cənub zonasından daxil olur”, – deyə F.Şahverdiyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki