image-qanunla-reklam
image-1607950411_77

Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə

image-lady-day-az

Ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə

44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin ən gözəl nümunəsinə çevrildi.

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı Azərbaycan xalqının tarixi yaddaşında qızıl hərflərlə yazılmış hadisədir.  Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Azadlıq meydanında keçirilən hərbi paradda nümayiş olunan silahlar və hərbi texnikalar  işğalçı Ermənistanda böyük qorxu yaratmışdı. 44 gün ərzində Ali Baş Komandanın əmrlərini şərəflə yerinə yetirən silahlı qüvvələrimiz dayanmadan daim irəliləyərək düşmənə sarsıdıcı zərbələr vurub, doğma torpaqlarımızı kəndbəkənd, şəhərbəşəhər işğaldan azad etdi. Düşməndən qənimət götürülən və bir qismi Zəfər paradında göstərilən hərbi texnikalar Bakıda açılmış Hərbi Qənimətlər Parkında insanların baxması üçün qoyulmuşdu . Parkda bunlarla yanaşı, Ermənistan ordusu tərəfindən keçmiş işğal ərazisində qurulmuş müdafiə sədləri də nümayiş olunur. Hərbi Qənimətlər Parkına gələnlər Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin gücünü və iradəsini görürlər. Azərbaycan bu gün də öz hərbi gücünü artırır və artırmağa davam edir. Azərbaycanın hərbi və iqtisadi gücünün artması xalqımızın təhlükəsizliyini təmin edəcək, işğaldan azad edilmiş ərazilərdə, Qarabağın dirçəlişinə, şərait yaradacaqdır.

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Jalə Kərimli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki