image-qanunla-reklam
image-312924233_677368260409622_7837178550134950841_n

Ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir

image-lady-day-az

Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə həm ikili, həm də heyətlərlə görüş keçirdi. Səfərdə İlham Əliyev ikili siyasi, iqtisadi əlaqələrə toxunaraq xalqlarımız arasında xoşməramlı əlaqələrin olduğunu da vurğuladı.

Dünyada enerjiyə tələbatın artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan yaradır. Onsuz da biz qonşuyuq, hər zaman milli və strateji məsələlərdə, müstəvilərdə eyni mövqedən çıxış etmişik, dünyada gedən qlobal proseslərlə bağlı fikirlərimizi, sözümüzü həmrəy şəkildə demişik və ən əsası tarixin bütün mərhələlərində bir-birimizə dəstək göstərmişik.

Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Gürcüstanın bir-birini daim dəstəklədiyini qeyd edərək deyib ki, eyni zamanda, ikitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Prezident öz çıxışına davam edərək bildirib: “Biz yeni layihələr haqqında düşünürük. Biz qaz ixracatını dünya bazarlarına artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracatını 2 dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq”.

İnanırıq ki, Azərbaycan və Gürcüstan arasındakı müttəfiqlik və dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və bu münasibətlərdən hər iki ölkə fayda görəcək.

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki