image-qanunla-reklam
image-311868146_677354273744354_8363810894316792964_n

Ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir

image-lady-day-az

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji,nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7–8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəmərini işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib.

24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib. Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib. Gürcüstanın Baş naziri dövlətimizin başçısını qarşıladı. Sonra rəsmi foto çəkdirildi. Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı.Bu görüş dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək.

 

Zərdab rayon  Çallı kənd tam orta məktəbin direktor müavini- Ariz Pənahov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki