image-qanunla-reklam
image-312713717_677368357076279_7930682926717418040_n

Ölkələrimiz arasında əlaqə müsbət dinamika ilə inkişaf edir

image-lady-day-az

Dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulması və davamlı olmasına təsirini göstərən başlıca amil, Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləridir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. Bu əlaqələrin qurulmasından artıq 30 il ötüb. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindəndir. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən, ikitərəfli münasibətlərə malik olan hüquqi baza,həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan və Azərbaycanın bütün sahələrdə çox uğurla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın böyük hissəsinin energetika sektoruna aid olduğunu bildirmişdi: “Bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə nəzər salsaq, görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni üç ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik”.

1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni üç ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik. Azərbaycan investorları Gürcüstanda geniş şəkildə təqdim olunublar. Mədəniyyət, təhsil, turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Əlaqələrimiz dostluq və qarşılıqlı hörmətə söykənir. Bu dostluğa heç bir qüvvə təsir edə bilməz.Bu gün Azərbaycanın bir sıra enerji və nəqliyyat kommunikasiya layihələri məhz Gürcüstan ərazisindən keçərək dünyaya çıxır. Ermənistan isə məlum işğalçılıq siyasətinə görə bütün bu imkanlardan məhrum edilib və hazırda demək olar ki, regiondan tamamilə təcrid durumdadır.

 

Zərdab şəhər 1 saylı məktəb liseyin müəllini- Çinarə Fərəcova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki