image-qanunla-reklam
image-1663739817_1067672

Ölən hərbçilərin valideynləri Paşinyanı qəbiristanlığa buraxmayacaq

image-lady-day-az

Ermənistanda müstəqillik günü münasibətilə Baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslər “Yerablur” qəbiristanlığını ziyarət edəcək. 

Qanunla.az erməni KİV-ə istinadən xəbər verir ki, səhər saatlarından etibarən ölən hərbçilərin valideynləri qəbiristanlığın qarşısına toplaşaraq Paşinyanın içəri girişinə icazə verməyəcəklərini bildiriblər.

Onlarla valideyn Baş nazirin və digər şəxslərin qəbiristanlığa gəlişini pisləyib. Erməni qadınlar qəbiristanlığın qarşısını bağlayaraq etirazlarını bildiriblər. Əraziyə  çox sayda polis qüvvələri  sövq edilib.

Yerli KİV Paşinyanın yaxın saatda “Yerablur”a gedəcyindən yazıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki