image-qanunla-reklam
image-1662527952_9cd42bf19b1b16420b421c21f6726c16

Oksana ilə Şəhriyar ayrıldı – FOTO

image-lady-day-az

Aktrisa-rəqqasə Oksana Rəsulova həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan ayrılıb.

“Qanunla.az” xəbər verir ki, aktrisa bu barədə “Instagram” hesabında yazıb:

“Bildiyiniz kimi, biz Şəhriyarla 12 ildən çox dostluq edirik və 5 il bundan öncə qərarlaşdıq ki, ailə həyatı quraq və kəbin kəsdirdik, sonra isə oğlumuz Osman dünyaya gəldi. Buna görə Allah şükür edirik və bu xəbərə çox insanlar sevindi və bizi təbrik etdi, buna görə izləyicilərimizə minnətdarıq. Amma təəssüf ki, çox yaxın dost olduğumuza görə, bizim münasibətlərimiz ailə münasibətindən çox dost münasibəti kimi davam edirdi. Bir neçə dəfə ailə olmağa cəhd etdik, ər-arvad olmağa cəhd etdik, alınmadı. 1 il öncə biz qərara gəldik ki kəbinimizi pozaq və biz dost kimi münasibətimizi qoruyub saxlayaq, belə hər ikimiz üçün daha yaxşı oldu. Onu da demək istəyirik ki, biz Şəhriyarla hazırda çox yaxın dost kimi qalırıq və ömrümüzün sonuna qədər hər ikimiz övladımızın yanındayıq”.

Bildirək ki, Oksana ilə Şəhriyarın evli olduğu ötən ilin noyabrında müğənni Roza Zərgərlinin “Tam vaxtıdır” verilişində üzə çıxmışdı. Onlar 4 ildir evli olduqlarını bildirmişdilər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki