image-qanunla-reklam
image-60f4fb77739427-5c90b57dd783a

Novruz ənənələri incəsənətdə

image-lady-day-az

Novruz ənənələri incəsənətdə

Novruz Bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərbaycanlılar da yazın gəlişini, təbiətin oyanışını yeni ili başlanğıcı kimi qeyd etmiş, şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də digər ölkələrdə qeyd olunur.

Novruz bayramı 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.Hal-hazırda da bu bayram eyni qayda ilə qeyd olunur. Novruz bayramının Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Xalqların çox hissəsi elə qədim zamanlardan olan adətləri özlərində saxlamışlar.Və məlum oldu ki, keçirilən bu bayramlar,bu adətlər heç bir dini ehkamlarla əlaqəsi olmadan keçirilir.

Qeyd etdiyimiz kimi Novruz Bayramı gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa-başqa adla qeyd olunur. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib.

Kollektivimiz adından xalqımızı Novruz Bayramı münasibəti ilə təbrik edir, sülh və əmin-amanlıq arzulayırıq.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki