image-qanunla-reklam
image-novella

Novella Cəfəroğlu: “Naxçıvan sakinləri blokadadır, buna görə onlara icazə verilir”

image-lady-day-az

Türkiyədən Azərbaycana Naxçıvan vasitəsilə gəlmək istəyən azərbaycanlı vətəndaşlar narazılıq edirlər. Onlar bildirirlər ki, Naxçıvanda qeydiyyatda olan yerli sakinlərin Türkiyəyə gediş-gəlişinə icazə verilsə də, digər vətəndaşlara qadağa qoyulur. Səbəb kimi isə pandemiya göstərilir. Bunun absurd olduğunu deyənlər bildirirlər ki, hər kəsə bərabər yanaşılmalıdır. Xüsusən Türkiydə təhsil alan azərbaycanlı tələbələr üçün Naxçıvandan ölkəyə gəliş daha sərfəlidir. Əks halda onlar ikiqat baha qiymətə bilet almaq məcbutiyyətindədirlər.

Məsələ ilə bağlı Qanunla.az-a fikirlərini bölüşən hüquq müdafiəçisi Novella Cəfəroğlu da bildirib ki, bu, insan haqlarının pozulmasıdır.

“Necə yəni təkcə Naxçıvan sakinlərinə icazə verilir? Deyim ki, naxçıvanlıları çox istədiklərindən bunu edirlər, yox. Naxçıvan sakinləri blokadadır, buna görə onlara icazə verilir. Sadəcə, dövlətin borcudur ki, Naxçıvan camaatının yolunu açsın, onları blokadadan xilas etsin. Bunu etmədiyimiz üçün onlara İrana, Türkiyəyə getməyə icazə verirlər ki, heç olmasa həyatlarını yaşaya bilsinlər. Hesab edirəm, bu hüquqlar bütün camaata tanınmalıdır. Məsələ pandemiya deyil, yəqin, aeraporta bizdə xüsusi sevgi var. Bilmirəm, nəyə görə açılmır, amma çox istərdim ki, sərhəd açılsın. Şəxsən mənim özüm də biletlər bahadır deyə heç yerə gedə bilmirəm. Hamımız eyni gündəyik. Gərək, Naxçıvana çox reyslər açsınlar. Ən çox da Türkiyədə oxuyan tələbələrimizə, onların valideynləri üçün şərait yaradılmalıdır ki, imkan edib vətənə gələ bilsinlər, ya da valideynlər gedib övladlarını görə bilsinlər. Sərhəd heç olmasa əvvəlcə bu cür mərhələli açılsın”, – N.Cəfəroğlu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki