image-qanunla-reklam
image-30eae3fd-de6b-4c6f-a7f2-82c72a4ee329

Növbəti həftə daha 5 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon”u qurulacaq

image-lady-day-az

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (19-20.06.2023 və 22-24.06.2023 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Qanunla.Az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 10:00-dan 11:00-dək Gədəbəy rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 2-ci günü saat 15:00-dan 16:00-dək Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü saat 10:00-dan 11:00-dək Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 10:00-dan 11:00-dək Qazax rayonunda (Mərkəzi Xəstəxananın yanı), 6-ci günü saat 10:00-dan 11:00-dək Daşkəsən rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki