image-qanunla-reklam
image-bez-nazvaniya-1

“Nikosayağı”nın törətdiyi qəzada iş adamının oğlu ÖLDÜ, iki nəfərin qolu amputasiya oldu

image-lady-day-az

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov ağır yol qəzası törədib.

Qanunla.az” xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

N.Mütəllimov idarə etdiyi “Porsche” markalı avtomobili ilə Gürcüstan seriyalı TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan 3 sərnişin ağır bədən xəsarətləri alıb. Onlar xəstəxanaya aparılıblar.

"Nikosayağı"nın törətdiyi qəzada iş adamının oğlu ÖLDÜ, iki nəfərin qolu amputasiya oldu

"Nikosayağı"nın törətdiyi qəzada iş adamının oğlu ÖLDÜ, iki nəfərin qolu amputasiya oldu

***

01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (Nikosayağı) (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

***

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimovn törətdiyi yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Qanunla.az“ın “Unikal”a istinadən əldə etdiyi məlumata görə, qəzada həlak olan Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü Məmmədov Ruslan Şahin oğludur.

"Nikosayağı"nın törətdiyi qəzada iş adamının oğlu ÖLDÜ, iki nəfərin qolu amputasiya oldu

Qeyd edək ki, o, tanınmış iş adamı Şahin Məmmədovun oğludur. Şahin Məmmədov Gəncədəki “İmperial” şadlıq evinin sahibidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki