image-qanunla-reklam
image-1077415

Nəticələrə hədəflənmiş əməkdaşlıq

image-lady-day-az

Oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətlərarası Şuranın fəaliyyətə başlaması və bu gün imzalanmış sazişlər əməkdaşlığımızın siyasi, ticari-investisiya sahələrində fəal inkişafının əyani göstəricisidir. Yarım il bundan qabaq bəyannamə imzalanmışdı ki, bu da münasibətlərə müsbət təsir göstərmişdi.

Prezident Sadır Japarovun bəyanatında qeyd etmişdir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Bişkekdə qarşılamaq mənim üçün böyük sevincdir. Bu, onun Qırğız Respublikasına birinci dövlət səfəridir. Çox şadam ki, mənim Bakıya səfərimdən yarım il sonra hörmətli İlham Heydər oğlu Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin möhkəmliyini bir daha sübut edən cavab səfəri edir. Məmnunluqla qeyd edirəm ki, biz azərbaycanlı dostlarımızın köməyi ilə bir gün əvvəl tikintisi başa çatdırılan Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak edəcəyik. Ümidvaram ki, bu gözəl park paytaxt sakinlərinin və qonaqlarının sevimli istirahət məkanına çevriləcək. Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi biz birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəldik. Əminəm ki, ikitərəfli münasibətlərimizin gələcək inkişafı çox müsbət olacaqdır. Biz Azərbaycan investorlarının Qırğızıstana gəlişinə şad olarıq və iqtisadi sahələrdə əməkdaşlığa hazırıq”.

Prezident İlham Əliyevin bəyanatında qeyd etmişdir:

“İlk növbədə, Qırğızıstan Prezidentinə qardaş ölkəyə səfərə dəvətinə görə bir daha minnətdarlığımı bildirmək istərdim. Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, bu, mənim ilk rəsmi dövlət səfərimdir. Mən əvvəllər də Qırğızıstanda olmuşam. Lakin bu, beynəlxalq təşkilatların işində iştirakla bağlı olub, bu, beynəlxalq tədbirlər olub. Buna görə də mənim indiki səfərim xüsusi əhəmiyyət kəsb edir. Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, cəmi yarım il bundan əvvəl biz onu Bakıda qəbul etmişdik, bu gün mən Bişkekdəyəm. Bu, onu göstərir ki, biz nəzərdə tutduqlarımızı daha tez həyata keçirmək niyyətindəyik. Bir qayda olaraq, cavab səfərləri bir ildən tez baş tutmur. Bizim halda bu, yarım il çəkdi. Bu, məhz onu nümayiş etdirir ki, biz nəticələrə hədəflənmişik.”

Qeyd etmək lazımdır ki, Bakı görüşü zamanı nəzərdə tutulmuş məsələlərin  bir hissəsi artıq icra olunub. İlk növbədə, birgə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarı vurğulamaq istərdik. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi- Lətifli Tükəz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki