image-qanunla-reklam
image-1665738781628258806_1000x669

Nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib

image-lady-day-az

Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib.

Prezident cənab İlham Əliyevin hazırda apardığı fəal xarici siyasət və diplomatik səylər Azərbaycanın həm Qərb, həm də Şərqdə mövqeyini gücləndirməklə ölkəmizi yeni yaranmaqda olan dünya düzənində fəal amilə çevirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verməkdədir. “Qlobal səviyyədə artan təhdidlər və təhlükəsizlik çağırışları fonunda Qərblə Şərqin kəsişməsində uğurlu coğrafi mövqeyə malik Azərbaycan dünyanın yeni kommunikasiya xəritəsində vacib qovşağa çevrilir. Bu mənada biz Azərbaycanın nəinki regional, eyni zamanda, qlobal əhəmiyyətinin durmadan artdığının şahidiyik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüskarlığı nəticəsində artıq Orta Dəhliz logistika xətti reallaşmaqdadır. 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoymaqla öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan bölgədə yeni siyasi və iqtisadi reallıqlar formalaşdırdı. Artıq Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılması yaxın gələcəyin yeni qlobal layihəsi kimi təqdir olunur.

Prezident cənab İlham Əliyevin təşəbbüsləri və rəhbərliyi altında Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bir sözlə, Qərblə Şərq arasında əsas körpü rolunu oynayan Azərbaycanın beynəlxalq statusunun möhkəmləndiyinin şahidi oluruq. Hazırda müşahidə etdiyimiz siyasi proseslər isə onu deməyə əsas verir ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti getdikcə daha da güclənəcək. “Digər bir tərəfdən isə Azərbaycan böyük enerji resurslarına malik Türkmənistan və Qazaxıstanın təbii ehtiyatlarının dünya bazarına çıxarılması baxımından önəmli rol oynaya bilər. Avropanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdəki enerji resurslarına ciddi ehtiyacının yaranması Azərbaycanın da daxil olduğu bu təşkilatın siyasi təsir imkanlarını daha da artırır. Heç şübhəsiz, Azərbaycanın bu istiqamətdə atdığı addımlar türkdilli dövlətlər arasında əlaqələrin sürətli inkişafı ticarət dövriyyəsinin artmasına, siyasi-iqtisadi əməkdaşlığın genişlənməsinə gətirib çıxaracaq.

Nicat Məmmədli- Zərdab şəhər sakini, “Rayon Mərkəzi Xəstəxanası” PHŞ əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki