image-qanunla-reklam
image-neftci

“Neftçi” “Qəbələ”nin qonağı olacaq

image-lady-day-az

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

Qanunla.Az xəbər verir ki, ilin son turu iki qarşılaşma ilə başlayacaq.

Günün ilk matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək. Meydan sahibləri 25 xalla 2-ci, qonaqlar isə 21 xalla 4-cü pillədə qərarlaşıb.

Komandalar çempionatda 52 dəfə üz-üzə gəlib. Bunların 16-da bölgə təmsilçisi, 24-də paytaxt klubu qələbə qazanıb. 12 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların fərqində də “ağ-qaralar””ın üstünlüyü var – 77:64. “Neftçi” 17 oyundur ki, rəqibi ilə görüşdə meydanı qolsuz tərk etmir. “Qəbələ” isə son 10 Premyer Liqa matçında qalib gələ bilməyib.

Günün ikinci oyununda “Sumqayıt” “Keşlə”ni qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi 12 xalla 6-cı, paytaxt klubu 11 xalla 7-ci yerdədir. Çempionatdakı əvvəlki 36 görüşün 16-da qonaqlar, 10-da isə meydan sahibləri meydanı 3 xalla tərk edib. 10 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində də “Keşlə” üstündür – 51:37. Buna baxmayaraq, bu il ölkə kubokunun finalında “Sumqayıt”a qalib gələn komanda çempionatdakı son 4 matçda qələbə qazana bilmir. “Gənclik şəhəri” təmsilçisi isə evdəki 4 qarşılaşmada 3 xala həsrət qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki