image-qanunla-reklam
image-1692085212_yassin-e1629017687139

Nə üçün uşaqların yaddaşı daha yaxşıdır? – Araşdırma

image-lady-day-az

ABŞ-nin Braun Universitetinin alimləri müəyyən ediblər ki, qamma-aminobutirik turşunun (GABA) səviyyəsinin yüksəlmə sürəti uşaqlarda daha yüksək olduğuna görə onlar məlumatları böyüklərdən daha yaxşı yadda saxlayırlar.

“Qanunla.az” xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Cell Current Biology” jurnalında təqdim olunub.

Tədqiqatda 13 uşaq və 14 böyük iştirak edib. Alimlər onların beyin fəaliyyəti ilə bağlı məlumat toplayan zaman vizual təlim keçiblər.

GABA mərkəzi sinir sisteminin nörotransmitteridir və öyrənmə prosesini sabitləşdirmək üçün vacibdir. Uşaqlarda məşq zamanı onun miqdarı beynin görmə qabığında artıb. Üstəlik, öyrənmə prosesi bitdikdən sonra həmin turşu daha bir saat beyin qabığında qalıb. Yetkinlərdə isə GABA səviyyələri heç bir şəkildə dəyişməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki