image-qanunla-reklam
image-1665646169-2021_02_09t161026z_330274820_mt1hnslcs0001v0dqd_rtrmadp_3_hans_lucas_pic4_zoom_1500x1500_1860-thumb

NATO və Kiyevin görüşü planlaşdırılır

image-lady-day-az

NATO ölkələri Ukraynanın hərbi əməliyyatlar nəticəsində zədələnmiş hərbi-sənaye kompleksinin bərpası planının hazırlanmasına başlayıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat dərc edib.

Alyans nümayəndəsinin sözlərinə görə, 10 il üçün nəzərdə tutulan plan Ukraynanın sovet texnikasından NATO-ya uyğun qərb avadanlığına keçidini nəzərdə tutur.

“Ukraynanın NATO ilə tam əməkdaşlıq edə bilməsi üçün müdafiə planı tələblərini nəzərdən keçirəcəyik”, – alyansın yüksək rütbəli rəsmisi deyib.

Qəzetin yazdığına görə, gələn həftə NATO və Kiyevin bu məsələ ilə bağlı ilk görüşünün keçirilməsi planlaşdırılır: “Bu, ABŞ və NATO rəsmilərinin həftələrdir eyham vurduğu uzun prosesin başlanğıcı olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki