image-qanunla-reklam
image-1659610581_630_360_1613784849-448

“NATO-nun vəzifəsi Ukraynaya dəstək verməkdir” – Stoltenberq

image-lady-day-az

Rusiyanın Ukraynaya təcavüzü zamanı Şimali Atlantika Alyansının vəzifələrindən biri də Kiyevə dəstək verməkdir.

Qanunla.Az xəbər verir ki,  bunu NATO-nun baş katibi Yens Stoltenberq  Norveçin Uteya adasında çıxışı zamanı deyib.

“Bu münaqişədə NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və münaqişənin NATO ilə Rusiya arasında genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq. Biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyirik. Bu hüquq beynəlxalq hüquqda təsbit olunub. Ukrayna xalqı bütün müharibə boyu böyük şücaət göstərdi”, – deyə o bildirib.

Stoltenberqin sözlərinə görə, NATO-nun Ukraynanı dəstəkləmək üçün mənəvi öhdəliyi var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki