image-qanunla-reklam
image-1674631607-88ebf03e-2546-33ba-b0f5-8a4a3f534b1d_850

Narkokuryer 2 kiloqrama yaxın narkotiklə tutuldu

image-lady-day-az

Narkokuryer Qubada 2 kiloqrama yaxın narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Qanunla.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Abşeron rayon sakini Vasif Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki