image-qanunla-reklam
image-konstitusiya

Müstəqil Azərbaycanın inkişafında önəmli tarix

image-lady-day-az

Müstəqil Azərbaycanın inkişafında önəmli tarix

XX əsrdə Şərqin ilk demokratik respublikası Azərbaycan Demokratik Respublikası olsa da, təəssüf ki, qısa ömür yaşamışdı. Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən rəsmən elan etdi. Sovet imperiyasının dağılmasından sonra dövləti yenidən qurmaq istiqamətində mühüm qərarlar qəbulu olunmalı idi. Ölkədə siyasi, sosial və iqtisadi cəhətdən dağınıqlıq hökm sürürdü. Bu qarışıqlıqdan yaranmış problemlər vəziyyəti gərginləşdirirdi. Belə bir vəziyyətdə atılacaq ilk mühüm addım müstəqil dövlətin qanunlarını, yəni Konstitusiyasının qəbulu idi. Azərbaycan Demokratik Respublikası qısa ömür sürmə səbəbindən o zaman müstəqil dövlətin Konstitusiyası hazırlanmamışdı. Müstəqil Azərbaycan Respublikasının ilk yeni Konstitusiya layihəsi Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə komissiya tərəfindən hazırlanmışdır. Müstəqil Azərbaycan Respublikasının ilk yeni Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilərək noyabrın 27-dən qüvvəyə minmişdir. Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Burada ölkənin demokratik yolla idarə edilməsinə dair bütün müddəalar daxil edilmişdir. Qəbul edilmiş Konstitusiyaya əsasən, Azərbaycanda Respublikası demokratik, hüquqi, dünyəvi dövlətdir.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü işləri sayəsində ölkəmizdə yaranmış əlverişli ictimai-siyasi, hüquqi və iqtisadi mühit doğma Azərbaycanımızın nurlu gələcəyinə olan inamımızı bir daha artırır.
Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək tarixi ədalətsizliyə son qoyub. Odur ki, bu il Azərbaycan xalqı üçün hər bir özəl günün anlamı ikiqat dəyər daşıyır. Konstitusiya Günümüz bu il uzun müddətdən sonra ərazi bütövlüyünü bərpa etmiş ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunacaq.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki