image-qanunla-reklam
image-prezident-kelbecer

Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi

image-lady-day-az

Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il! O il ki, 27 sentyabrında başlayan Vətən müharibəsi 10 noyabrında tarixi Qələbə ilə başa çatdı. 8 noyabrda Qarabağın tacı sayılan, dilbər guşəmiz olan Şuşa uzun həsrətdən sonra doğma sahiblərinə qaytarıldı. Bu, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində mümkün oldu. Artıq 2 ildir ki, xalqımız Şuşanın azad olunduğu  günü – 8 noyabrı Zəfər Günü kimi qürur və fəxarətlə qeyd edir.

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı,gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Vətən Müharibəsindəki tarixi Zəfərin ikinci ildönümü günü Şuşadaydı. Göründüyü kimi, dövlət başçısı ölkəmizin əziz günü ərəfəsində və Zəfər Günü məhz hərbçilərlə görüşdü, işğaldan azad olunmuş Füzuli və Şuşada oldu. Yaxşı xatırlayırıq ki, 44 günlük müharibədən öncəki əlamətdar günlərdə, məsələn öz yubileylərində də, Prezidentimiz cənab  İlham Əliyev özünəxas qərarlar qəbul edir, şəhid ailələri, qaçqın və məcburi köçkünlərlə görüşürdü. Belə yanaşma və görüşlər artıq bir ənənə halını alıb.Bəli, Müzəffər Ali Baş Komandan Zəfər Günü Şuşadaydı. Şuşanın qurtuluş günü Şuşada, bütün Azərbaycanda bayram edilirdi. Bu əziz gündə Dünya Azərbaycanlıları, Türk dünyası, Xeyrin Şər üzərində, ədalətin vandalizm üzərində qələbəsinə sevinən bütün tərəqqipərvər insanlar fərəhliydi, qürurluydu.

“Zəfər yolu” cəmi iki ilə yaxındır ki, çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpaqlarımızdan qovub,üçrəngli bayrağımızı Şuşada qaldırıb.  Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Fizuli, Zəngilan, Qubadlı, Suqovuşan,300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı.

Prezident cənab İlham Əliyevin çıxışlarında həmişə bir məqam qabarıq hiss olunur – dövlət başçısı, xalqın birliyini, Silahlı Qüvvələrimizin xidmətlərini xüsusi vurğulayır. Çox şadıq ki, Ordu mənsublarımız, yaralı qazilərimiz, şəhid ailələrimiz, aydınlarımız, dəyərli vətəndaşlarımız, Dünya azərbaycanlıları da öz müstəqil dövlətlərinin başçısı haqqında eyni şövqlə, məhəbbətlə söz açır. Bax, bu səmimi, xəlqi duyğu-düşüncələr xalqımızın bir yumruq kimi birləşməsinin təntənəsidir. Bu birlik olmasaydı, tarixi Zəfər də çətin olardı

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki