image-qanunla-reklam
image-1692336075_c878a7c9d8290bd63bdb7df8c301d99166023dcb

Moskvanın hava limanı yenidən bağlandı

image-lady-day-az

Moskvanın Vnukovo hava limanının hava məkanı təyyarələrin hərəkəti üçün yenidən bağlanıb.

“Qanunla.az” TASS-a istinadən xəbər verir ki, hazırda uçuşlar və enişlər təxirə salınıb, bəzi reyslər başqa hava limanlarına köçürülüb.

Daha əvvəl bildirilib ki, Moskvada gecə saatlarında hava hücumundan müdafiə qüvvələri şəhərin üzərində uçmaq istəyən pilotsuz uçuş aparatını (PUA) vurub.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, təyyarənin qalıqları “Expocentre” yaxınlığında düşüb. Binaya ciddi ziyan vurulmayıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki