Mingəçevirdə vətəndaş qəbulu keçiriləcək
Qanunla.Az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov Aprelin 4-də Mingəçevir şəhəri S.Vurğun adına 16 nömrəli texniki və təbiət təmayüllü liseydə vətəndaşları qəbul edəcək. Qəbula yazılmaq istəyən vətəndaşlar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
https://forms.gle/2WYEvDQW521VmBap9
Vətəndaşlar həmçinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin “146-0-3” nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə, Mingəçevir şəhəri üzrə təhsil sektorunun inzibati binasına yaxınlaşmaqla və eyni zamanda rəsmi “WhatsApp” xidmətinə (0518679166) müraciət etməklə qəbula yazıla bilərlər.