image-qanunla-reklam
image-0a8d34677b19061b346c12b54576f7cc

Mina terroru və snayper terroru davam edir

image-lady-day-az

Vətən müharibəsindəki böyük Zəfərdən sonra işğaldan azad edilən ərazilərimizin abadlaşdırılması, yenidən həmin ərazilərdə yaşayışın təmin edilməsi üçün ilk gündən bərpa-quruculuq işləri tam sürətlə davam etdirilir. Vətən müharibəsindən sonra mina xəritələrinin verilməsi beynəlxalq platformalarda dəfələrlə müzakirə olunsa da, Ermənistan buna məhəl qoymurdu.

1999-cu ildən beynəlxalq hüquqi qüvvəyə malik Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir. Həmçinin konvensiyaya görə, əraziləri minalamış tərəf müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməyə borcludur. Həmçinin Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu açıq şəkildə nümayiş etdirməklə beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirir. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Müharibə qurtardıqdan sonra haqqımız olan torpaqlarımızdan çıxmaları üçün məğlub ölkənin vətəndaşlarına vaxt verilmişdi. Bu humanizmin qarşılığında isə ermənilər ərazilərə mina basdırır və evləri yandırırdılar. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir və Ermənistanın düşmənçilik niyyətinin əyani göstəricisidir.

 

Zərdab  şəhər 1 saylı məktəb liseyin psixoloqu- Kifayət İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki