image-qanunla-reklam
image-1663655447_bd3c013e28f0a07d5614cba32c22ad0a

Mina terroru və snayper terroru davam edir

image-lady-day-az

30 il ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün qanunlara hörmətsizlik nümayiş etdirib. İşğal olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, (altdan tank əleyhinə, üzərindən isə piyada əleyhinə mina), hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bu kombinasiyanın məqsədi, həm də daha çox insan öldürmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalayıb, bircə bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Problem həm də ondadır ki, Ermənistan indiyə kimi Azərbaycanla sülh müqaviləsi bağlamayıb. Azərbaycan qələbə qazanıb, ərazi bütövlüyünü bərpa edib, lakin İrəvan sülh sazişini imzalamaqdan müxtəlif bəhanələrlə imtina edir. Kapitulyasiya aktına imza ataraq biabırçı məğlubiyyətlə barışmalı olan Ermənistan indi də mina xəritələri məsələsində təxribatlara əl atır. İstər işğal zamanı, istərsə də 44 günlük Vətən müharibəsindən sonra işğalçılar belə təxribatlardan əl çəkməyiblər. Əslində, faşist düşüncəsində olan düşməndən başqa nə isə gözləmək də sadəlövhlük olardı. Digər tərəfdən, Ermənistanın terrorçu xislətinə yaxşı bələd olduğumuzdan qarşı tərəfdən hansısa xəritə bizə təqdim edilsə belə, buna inanmaq, etibar eləmək mümkün deyil. Çünki 90-cı illərdə xeyli minalanmış sahə vardı, atəşkəs dövründə isə ermənilər bu işin miqyasını daha da genişləndirdi. İndi təqdim edilən xəritələrin nə qədər real olması, onların işlənməsi zamanı bu sənədləri hazırlayanların nə qədər professional olması da şübhə altındadır. Bu, yeni siyasət deyil. Ermənistanda bütün hakimiyyətlər dövründə Xocalıdan tutmuş Gəncənin və Bərdənin bombalanmasına qədər – daim dinc sakinlər və mülki şəxslər hədəf götürülüb. Ümumiyyətlə, Ermənistanın milli ideologiyası Türkiyə və Azərbaycana qarşı terror və nifrət üzərində qurulub. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə – məsələn, meşələrdə tank əleyhinə mina “tələlərinin”, ölüm ehtimalını artıran “mina-sürprizlərin” quraşdırılması – bütün bunlar Ermənistanın dövlət səviyyəsində “mina terroru” həyata keçirdiyini bir daha sübut edir. Lakin Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz ərazilərini minalardan təmizləyəcək, işğaldan azad edilmiş torpaqları təhlükəsiz, yararlı hala gətirə biləcək. Bununla belə, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir. Baxmayaraq ki, Azərbaycan bunun üçün xüsusi Agentlik yaradıb, işğaldan azad edilmiş ərazilərdə Rusiya, Türkiyə kimi dövlətlərin dəstəyi ilə təmizləmə işləri aparır, lakin bu məsələdə beynəlxalq ictimaiyyətin həm siyasi, həm də əməli dəstəyi olmalı, onlar humanitar məsələlərlə bağlı öhdəliklərini yerinə yetirməlidirlər.

 

Zərdab rayon  Çallı kənd tam orta məktəbin  müəllim- Pərvin İsmiyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki