image-qanunla-reklam
image-tenha

Milyarder 7 il əvvəl istnadla verilən bir yazıya görə jurnalist qarşı hücuma keçdi – Məhkəmə olacaq (VİDEO)

image-lady-day-az

Şəkildə gördüyünüz bu adam Azərbaycan əsilli milyarder (cəmiyyətə belə təqdim olunur-M.Q) Qəmbərov Gülağa Məmi oğludur. Mediadakı təqdimatı Gülağa Tənha kimi gedir. 3-gün əvvəl Nizami Raon Məhkəməsinin hakimi Həqiqət Əhmədovanın adından bildiriş gəlib ki, hörmətli Gülağa Tənha məni məhkəməyə verib. Çox maraqlıdır ki, məhkəmənin göndərdiyi bildirişdə iddianın predmetinə dair heç bir məlumat verilmirdi. Məhkəmə ilə əlaqə saxlayıb, iddia ərizəsinin sürətinin mənə niyə göndərilmədiyi ilə maraqlandım. Texniki yanlışlıq kimi izah edib, iddianın sürətini mənim elektron ünvanıma göndərdilər.

Baxıb tanış olduqda məlum oldu ki, sözügedən şəxsin hüquqlarını qoruyan vəkil Quliyev Ağalar Avatandil oğlu tərəfindən təqdim olunan iddia ərizəsinin predmeti 2017-ci ilin 21 fevralında Azinforum.az İnformasiya Portalında Moderator.az saytına istinadən verilən bir yazı ilə bağlıdır. Mən axtarış verdikdə, həmin yazını Moderator.az saytında tapa bilmədim. Hər halda, yazının niyə və hansı səbəbdən saytdan silinməsi ilə bağlı bizə rəsmi mövqe təqdim olunsaydı, biz də ona uyğun addım ata bilərdik.

Yazının ilkin mənbə olaraq sözügedən saytdan silnməsi səbəbi ilə bağlı məndə heç bir məlumat yoxdur. Yəni həmin vaxt biz qüvvədə olan KİV Haqqında Qanunun tələbləri çərçivəsində istinadla yazı verməklə heç bir qanunu pozmamışıq. Həmin yazının verilməsinin üstündən 6 il yarım vaxt keçib. Mən bilən bu şikayətlə bağlı iddia müdəti də ötüb. Onda isə Məhkəmənin belə məzmunda bir iddianın icraata qəbul etməsi də maraqlı görünür. Gülağa Tənhanın məhz indiki məqamda, yəni hadisənin üstündən 7 ilə yaxın vaxt keçəndən sonra bizim üzərimizə münasibətlərin aydınlaşması üçün ən sonuncu üsul olan məhkəmə vasitəsilə gəlməsi də olduqca düşündürücüdür.

Bir az araşdırma apardım və çox maraqlı məlumat əldə etdim ki, bu adamın məhkəməyə vermədiyi çox az sayt var. 10-a yaxın tanınmış jurnalistlə söhbət etdim, hamısı dedi ki, onlar da bu iş adamının adından məhkəməyə verilib, nəticədə onlardan yazıların silinməsi tələb olunub. Mən hesab edirəm ki, media ilə münasibətdə bu yanlış taktikanı seçməyi Gülağa Tənhaya buradakı vəkilləri və onun işini görən adamlar məsləhət görür. Hər halda, qaldırılan hər bir iddiaya görə, Gülağa müəllim hüquqi işlərin aparılması üçün vəkillərə müəyyən məbləğ ödəməli olur ki, bunun da faydasını hüquşunaslar, zərərini isə Gülağa müəllim çəkmiş olur. Çünki hər balaca bir məsələyə görə KİV-lərlə münasibəti məhkəmə müstəvisində aydınlaşdırmaq yolu, Gülağa müəllimə də bir yaradıcı adam kimi hörmət gətirmir.

İddia ərizəsinin girişində onun yaradıcı və qələm adamı olduğu böyük bir abzasla qeyd edilir. Onun özü bizə bir məktub yazsaydı ki, həmin yazı ilikin mənbədən bu və digər səbəblərə görə silinib, biz də bu amili nəzərə alardıq. Çünki bu adama qarşı heç bir qərəzimiz yoxdur. Əksinə, saytın axtarışna verəndə onunla bağlı bir çox pozitiv yazıların tərəfimizdən tirajlandığını gördüm. Hətta bir dəfə, 5-6 il bundan əvvəl özünü Gülağa müəllimin nümayəndəsi və keçmiş MTN zabiti kimi təqdim edən Arif adlı şəxs ofisimizə gəldi.

Bİzə bir kağız göstərdi. Həmin kağızda ölkənin bir çox tanınmış saytları ilə bunlar arasında məhkəmə çəkişməsinin olduğu, sonda isə saytların Gülağa Tənha ilə bağlı dərc edilən tənqidi yazıların silinməsinə dair üzərlərinə hüquqi öhdəlik götürdükləri ilə bağlı razılaşmanın detalları qeyd olunurdu.

Bizdən də xahiş edildi ki, həmin saytlara istinadən verdiyimiz yazıları saytdan silək. Araşdırdıqda gördük ki, həqiqətən də istinadla verdiyimiz yazılar ilikn mənbələrdən silinib. Bu səbəbdən də Gülağa müəllimin nümayəndəsinin xahişini nəzərə almalı olduq. Yəni həmin vaxt Arif müəllim hazırda məhkəmə predmetinə çevrilən yazı ilə bağlı bizə heç bir məlumat və irad bildirməyib. Qısası, məhkəmənin hazırlıq iclası Nizami Rayon Məhkəməsində mayın 14-nə təyin olunub. Biz bu məsələdə haqlı tərəfik və heç bir hüquqi çəkişmədən qorxmuruq. Gülağa Tənhanın bu cür addımlarını ölkədəki söz və ifadə azadlığına qarşı təpki kimi qiymətləndiririk. Bu mövzu ilə bağlı cərəyan edən prosesləri daim diqqətə saxlayacayıq.

Məhəmmədəli QƏRİBLİ,

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki