image-qanunla-reklam
image-1604549

Milli Şəhərsalma Forumu işğaldan azad olunan torpaqlara həyatın qaytarılması baxımından mühüm əhəmiyyət kəsb edir

image-lady-day-az

Azərbaycanda ilk dəfə təşkil edilən Milli Şəhərsalma Forumu mühüm əhəmiyyətə malikdir. Forumun Ağdamda həyata keçirilməsi, əsas diqqətin postkonflikt şəraitində yenidənqurma və reabilitasiyanın, o cümlədən konflikt sonrası bərpanın əhəmiyyətinə yönəldilməsi, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası və bu torpaqlara həyatın qaytarılması baxımından öz aktuallığı ilə seçilir.

İşğaldan azad olunan ərazilərdə Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadə günümüzün əsas mövzularındandır və bu mövzular da Forumun gündəliyinin əsasını təşkil edir. İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi. Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq, çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaradacaq. Forum, eyni zamanda, şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi bu çətinliklərin həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayır.

Ağdam, eləcə də digər işğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işlərinin plana uyğun həyata keçirildiyini diqqətə çatdıran deputat deyib: “Hər kəsə məlumdur ki, erməni vandalları işğal altında olan ərazilərimizdə mədəni irsimizə, infrastruktura nə kimi ziyanlar vurub. Ölkə ictimaiyyəti ilə yanaşı, səfirlər, diplomatik nümayəndələr bu ərazilərdə olub və bu hadisələrə öz gözləri ilə şahidlik ediblər. Dağıdılan infrastrukturla yanaşı, həmin ərazilərin minalanması və minaların bu gün də həyati təhlükə yaratması əslində beynəlxalq təşkilatların diqqətində olan məsələ olmalıdır. Təəssüflər olsun ki, əldə olunan şanlı Qələbədən bu yana biz beynəlxalq təşkilatlardan hər hansı adekvat addım görmürük. Əksinə Edillidə növbəti erməni vandalizminin şahidi olduq. Orada aşkar edilən məzarlıq bir daha onu deməyə əsas verir ki, erməni vandalizminə qarşı mübarizə daim aparılmalı və beynəlxalq birlik düşmənin bu kimi əməllərinə hüquqi qiymət verməlidir.

Sərhədlərin delimitasiyası üzrə müvafiq komissiyaya müəyyən ümidlər yaranıb. Hesab edirik ki, bu komissiya qısa zamanda sərhədin müəyyən olunması, problemin həlli istiqamətində əməli addım atacaq. Bununla da regionda yeni geosiyasi mühit formalaşacaq ki, bu mühitdən nəinki region dövlətləri o cümlədən Avropa və digər dövlətlər müsbət şəkildə yararlanacaqlar. Burada söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhliz günümüzün əsas məsələsidir. Təbii ki, belə beynəlxalq layihənin reallaşmasına qarşı olan qüvvələr var. Müxtəlif bəhanələrlə Ermənistana dolayısı ilə dəstək verirlər. Müəyyən bəyanatlar səsləndirirlər. Ancaq bu kimi dəstəklər və bəyanatlar Zəngəzur dəhlizinin qarşısına bənd ata bilməyəcək və bu layihə reallaşacaqdır.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki