image-qanunla-reklam
image-1668583872_9_1666362265

Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnamə tənqid olundu

image-lady-day-az

“Fransa Senatı 15 noyabr 2022-ci il tarixli qətnamə ilə qərəzli mövqeyini bir daha nümayiş etdirdi. Bu qətnamə son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi üçüncü sənəddir”.

“Qanunla.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamran Bayramov deyib.

Deputat bildirib ki, Fransa Senatının ötən gün qəbul etdiyi sənəd erməni lobbisinin birbaşa məhsuludur:

“Bu da o deməkdir ki, ölkəmizə qarşı bu cür addımlar məqsədli xarakter daşıyır, onun xarici siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu açıq-aşkar göstərir. Özünü demokratiyanın beşiyi hesab edən, azadlıq, bərabərlik və qardaşlıq ideyalarını guya təbliğ edən, öz tarixində onlarla dövləti işğal edən və öz müstəmləkinə çevirmiş Fransa bu gün bizə suverənlik, müstəqillik, beynəlxalq hüquqa hörmət dərsi keçməyə cəhd edir”.

Deputat Tural Gəncəliyev bildirib ki, Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır. O qeyd edib ki, Fransanın bu addımı regionda dayanıqlı sülhün yaradılmasına ciddi zərbə vurur:

“Belə bir sənəd Ermənistanda revanşist qüvvələrə imkan yaradır. Fransa Senatında oturan yeni Napoleonlar unutmamalıdır ki, Azərbaycanla bu dildə danışmaq olmaz. Fransa Senatının qətnaməsinin dili olduqca absurddur. Azərbaycan öz ərazisindən öz ordusunu necə çıxara bilər?! Çox yaxşı olar ki, Senat belə sənədləri qəbul etməzdən əvvəl Sarbonna Universitetindən bir hüquq tələbəsi çağırıb məsləhət alsın”.

Çıxış edən digər deputatlar da Fransa Senatının ötən gün qəbul etdiyi qətnaməni tənqid ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki