image-qanunla-reklam
image-853

Milli maraqlara söykənən qətiyyət və prinsipiallıq

image-lady-day-az

Hərbi Zəfərimiz yeni platformalarda diplomatik yolla layiqincə davam etdirilir

Dünyanın siyasi xəritəsində kiçik bir ərazini tutan Azərbaycan artıq geosiyasi məkana çevrilə bilmişdir. Bir çox iqtisadçılar dövlət quruculuğunda və sürətli iqtisadi inkişafda əldə edilmiş uğurları bəzən təbii sərvətlər amili ilə izah etməyə üstünlük verirlər. Ancaq bu da bir həqiqətdir ki, zəngin təbii sərvətlərə malik olan ölkələrin heç də hamısı dövlətimizin nail olduğu yüksəlişə, inkişafa müvəffəq ola bilməmişdir. Doğrudur, təbii resursların mövcudluğu ciddi amilə çevrilərək müəyyən rol oynayır. Bununla bərabər, sərvətlərin səmərəli istifadə edilməsi, fəaliyyətin forma və metodları da olduqca əhəmiyyətlidir. Eyni zamanda, ölkə ərazisinin beynəlxalq kommunikasiya dəhlizinin sıx şəbəkəsindəki mobil bir halqaya çevrilməsinin də həlledici rolu danılmazdır. Ticari, sənaye və maliyə kapitalının, informasiya məhsulunun dövriyyə qabiliyyəti bundan çox asılıdır. Bütün bunların fonunda həm də beynəlxalq səviyyədə ciddi aktor qismində çıxış edən subyektə çevrilmək tamam başqa məsələdir. Bunun üçün güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharəti kimi keyfiyyətlərə malik nüfuzlu lider olmalıdır.

Ulu öndərin siyasətinə sadiq qalan dövlət başçısı 2003-cü ildən ən çox diqqət yetirdiyi sahə ordu quruculuğu oldu. Həm daxili antimilli qüvvələr, həm də ayrı-ayrı dövlətlərin maraqları çərçivəsində onların ordumuzun inkişafına mane olmaq üçün etdikləri cəhdlərə baxmayaraq, 19 il ərzində dünyanın 50 ən güclü ordusundan biri olan Azərbaycan Silahlı Qüvvələri formalaşdırıldı. Məhz bunun nəticəsi idi ki, 2020-ci il 44 günlük Zəfər savaşında Ali Baş Komandan, Müzəffər sərkərdə dünya hərb tarixinə yenilik gətirdi. Azərbaycan ordusu bu gün dünyanın ən güclü orduları sırasında yüksək yerlərdən birini tutur. Bütün bunlar Ali Baş Komandanın uğurlu siyasəti və sərkərdəlik məharəti ilə reallaşa bildi.

Prezident İlham Əliyev hakimiyyətə gələndən böyük Zəfər gününə kimi Qarabağ münaqişəsinin həllində heç bir güzəştə getmədi, Ermənistana, onun havadarlarına qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Dövlət başçısı 44 gün ərzində siyasi, hərbi lider kimi durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu, həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını azad, ərazi bütövlüyünü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazdı…

Sevindirici haldır ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin liderliyi ilə öz hərbi hədəflərini yeni platformalarda da layiqincə davam etdirir.

 

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki