image-qanunla-reklam
image-photo_19393

Milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar Naxçıvanda qəbul edilib

image-lady-day-az

Milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar Naxçıvanda qəbul edilib

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdi: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”

Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

Milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar Naxçıvanda qəbul edilib. Belə ki, Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Cənab Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu, dünya azərbaycanlılarının birliyi dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ümummilli Lider xarici ölkələrə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən orada  yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə  vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün  tövsiyələr verirdi.

Ulu öndər Heydər Əliyev ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən idarə olunması üçün Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış edərək  2001-ci il noyabrın 9-10-da Bakıda bu tarixi hadisə reallaşdı. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Bu illər ərzində Dünya Azərbaycanlılarının qurultayları hər beş ildən bir keçirilərək Azərbaycanın qazandığı uğurların, həqiqətlərimizin təbliğinə böyük töhfələr verdi. Dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənərək 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında xüsusi yer tutdu. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. Güclü, qüdrətli, qalib Azərbaycan dünya azərbaycanlılarının qürur mənbəyidir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Dünya azərbaycanlıları böyük qüvvədir

«Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır.» Dövlət başçısı İlham Əliyev bu ilin aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında – Zəfər Qurultayında bu fikirlərinin davamı olaraq belə bir çağırışı da səsləndirdi ki,  əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər: «Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir.»

Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırır ki,  xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir.

Keçilən yola qısa nəzər salaq. Azərbaycanın dövlət müstəqilliyinin qarantı, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar davamlı olub.  Bu hərəkatın tarixinə nəzər salınsa 50 milyonluq xalqımızın milli birlik və həmrəylik rəmzi olan təşkilatlanma təşəbbüsünün müəllifinin ulu öndər Heydər Əliyevin olduğunu böyük əminliklə qeyd edirik.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar  tarixdə görünməmiş dərəcədə fəallıq göstərdi, daha sıx birləşdilər

Naxçıvan MR Ali Məclisinin 16 dekabr 1991-ci ildə keçirilən sessiyasında qəbul olunan qərarın birinci bəndində qeyd edilmiş «31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin» sözləri ilə türk birliyinin, disapor hərəkatının təməli qoyuldu. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da azərbaycançılıq ideyasının möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirən Ulu Öndərin təşəbbüsü ilə 9-10 noyabr 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımızın Vətənə məhəbbət duyğularını birləşdirdi. «Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli- mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir- ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənəmizdir» söyləyən, qurultayda Azərbaycanın 50 milyonluq bir xalqın Vətəni olduğunu bildirən Ulu Öndər ən böyük azərbaycanlı missiyasını yerinə yetirdiyini Vətəninə, xalqına sonsuz məhəbbəti ilə bildirirdi.

Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Belə ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar  tarixdə görünməmiş dərəcədə fəallıq göstərdi, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Dünya Azərbaycanlılarının həmrəyliyi daimidir, əbədidir

Azərbaycana, el-obaya məhəbbət, milli birlik milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız üçün ən mühüm bayramdır. Əsası Azərbaycan xalqınının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün azərbaycanlılar üçün əzizdir. Ulu Öndərin siyasi hakimiyyətinin Naxçıvan mərhələsində milli mənlik, milli kimlik tariximizdə atdığı cəsarətli addımlar içərisində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin əhəmiyyətli yeri var.

Hər zaman müstəqil Azərbaycan dövlətinin əsas ideyasının azərbaycançılıq olduğunu qətiyyətlə müdafiə edən Ulu Öndər Heydər Əliyev Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətimizdə həmrəyliyə nail olmağı bacardı. Məhz dahi şəxsiyyətin millətindən, dinindən, dilindən asılı olmayaraq kökləri ilə Azərbaycana bağlı olan, özünü azərbaycanlı sayan hər kəsi vahid ideya ətrafında birləşdirdi, milli həmrəyliyimizlə bağlı düzgün konsepsiya yaratdı.

Dünya azərbaycanlıları üçün sarsılmaz ideoloji bünövrə yaradan, dünyanın harasında yaşamasından asılı olmayaraq ümummilli mənafeyimizə xidmət edəcək mənəvi öhdəlikləri dəqiq müəyyənləşdirən Ulu Öndər həmvətənlərimizi daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa çağırırdı. “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər”- deyə Ulu Öndər qeyd edirdi.

“Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”. Azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, hər zaman bunu iftixarla söyləmiş milli qürur mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin bu sözləri hər bir azərbaycanlının milli birliyə, vahid ideya ətrafında birləşməsinə çağırış idi.

Dünya azərbaycanlıları parlaq Zəfərimizdən sonra 2022-ci il aprelin 22-23-də V qurultaylarını Qarabağda, mədəniyyət paytaxtımızda, Şuşada keçirdilər. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi böyük rəmzi məna daşıyan Zəfər qurultayında dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini dünyaya bəyan etdilər.

Dahi şəxsiyyət Heydər Əliyevin uğurlu təməlini qoyduğu azərbaycançılıq ideyası, milli birlik və bərabərliyimiz ölkə Prezidenti cənab İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strategiya üzrə inkişaf edib. Milli həmrəyliyimizin nümayişini 44 günlük Vətən müharibəsində əyani şəkildə gördük. Azərbaycanın Zəfəri ilə bitən, milli həmrəyliyimizin təntənəsinə çevrilən Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşdi, həmrəy oldu. Xüsusilə də soydaşlarımız beynəlxalq aləmə səsimizi çatdırmaq üçün informasiya müharibəsində mühüm xidmət göstərdilər. Azərbaycan xalqının milli birliyi sayəsində işğalçı Ermənistan məğlubiyyətə uğradı, işğal altında qalan torpaqlarımız azad edildi, ölkə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində mənfur düşmən kapitulyasiya bəyanatına imza atmağa məcbur edildi.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır

Həmrəylik günü birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdu: “Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan ulu öndər Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Bunun nəticəsidir ki, bu gün artıq həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta, milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər”.

Rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən milli həmrəylik günü birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir: “Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər”.

Ötən müddət ərzində, xüsusilə də Vətən müharibəsi zaman ulu öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdi. Odur ki, müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib

Dünya azərbaycanlılarını bir araya gətirən, qarşıdakı dövr üçün hədəflərini müəyyənləşdirməyə stimul verən Həmrəylik Gününə saylı günlər qalır. 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü  Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibə, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirərək mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir.

Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi hədəflərə doğru atılan mühüm addımlar sırasında oldu. Diasporu bir dövlətin xaricdə varlığı kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin bu istiqamətdə atdığı addımların Prezident İlham Əliyevin uğurla davam etdirməsi diaspor quruculuğu sahəsində mühüm uğurların əldə edilməsində öz sözünü deyir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gəlməsi üçün Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən idarə edilməsinə böyük zərurət duyuldu. Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2001-ci ilin noyabr ayında Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.

Dövlət başçısı İlham Əliyev Qurultaydakı çıxışında bu çağırışı etdi: «Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir.»

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Vətənimiz dünya azərbaycanlılarının güvən yeridir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır.” Bəli, Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi bu gün artıq Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş müstəqil,suverən dövlətdir.
Artıq iki ildir ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində Həmrəylik Gününü  tamamilə fərqli hisslərlə qeyd edirik.

Son 19 ildə heyrətamiz inkişaf yolu keçərək Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının güvən yeridir. Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi gücünü, mədəni zənginliyini durmadan artıran, gələcəyə inamla baxan bir dövlətdir. Əldə etdiyimiz bu uğurların əsasında isə  Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın iradəsi, həmrəyliyi, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti dayanır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Dünya azərbaycanlılarının təşkilatlanması prioritetdir

Ümummilli lider Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının həyat amalıdır. Bu çağırış milli qürur rəmzinə çevrilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqətdə saxlayan ulu öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu.  Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik Gününü, hətta, milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.

Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, fəaliyyət göstərir. Onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var ki, bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsini davam etdirən  Prezident İlham Əliyevin “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında”  Sərəncamına uyğun olaraq, 2006-cı il  martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı.  “Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətinin əsasıdır. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi,  Prezident İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə yazıldı.

Dünya azərbaycanlılarının keçirilən hər bir qurultayı birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdi, Azərbaycanın uğurlu gələcəyi naminə atılan addımlara töhfələrinin miqyasını artırdı. 44 günlük İkinci Qarabağ  müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Dünya bir daha birliyimizin, həmrəyliyimizin şahidi oldu. Bu ilin mühüm hadisəsi olan Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşadan birliyimizi dünyaya nümayiş etdirdi.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Milli həmrəyliyin Zəfər təntənəsi

Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təsis olunmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmişdir. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazanmışdır və həmin gündən bütün dünya azərbaycanlıları hər il 31 dekabr gününü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər.

Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II,  2011-ci il iyulun 5-6-da III,  2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.

Eyni zamanda Dünya Azərbaycanlıların həmrəyliyini təcəssüm etdirən  Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi və Möhtəşəm Zəfərə nail olundu.

2022-ci ilin Aprelin 22-23-də Şuşa şəhərində keçirilən 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi  Dünya Azərbaycanlılarının V Qurultayı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  çıxış edərək “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir.

Bu gün Müzəffər Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə dərin hörmət və ehtiramla, Prezident İlham Əliyevə yüksək minnətdarlıq hissi ilə, qürurla, fəxarətlə Milli Həmrəyliyin Zəfər təntənəsinin sevincli günlərini yaşayır.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki