image-qanunla-reklam
image-1654490115_lionel_messi_argentina_estonia

Messi Argentina millisinin heyətində ilk dəfə bir matçda 5 qol vurub

image-lady-day-az

Futbol üzrə Argentina millisi yoldaşlıq görüşündə Estoniya yığmasını 5:0 hesabı ilə məğlub edib. Görüş İspaniyanın Pamplona şəhərində keçirilib.

Qanunla.Az  xəbər verir ki, oyunda bütün qolları Lionel Messi vurub (9, 45, 47, 71 və 76-cı dəqiqələrdə). Argentinalı üçün bu penta-trik milli komanda heyətindəki oyunlarda ilk olub. Daha öncə L.Messi klub karyerasında bir dəfə penta-trik edib.

Ümumilikdə, hücumçu Argentina millisinin heyətində 86 qol vurub ki, bu da millinin tarixində ən yaxşı göstəricidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki