image-qanunla-reklam
image-1670650960-44db5d9b-7c97-4ac6-ae6b-dbc3afac00ad

Məşhur bloqer GÜLLƏLƏNDİ

image-lady-day-az

Gözəllik mövzularını işıqlandıran populyar bloqer Maya Yaneska Yohannesburqdakı dəbdəbəli evində ölü tapılıb.

“Qanunla.az” xəbər verir ki, o, başından güllə yarası alıb.

“Göstərilən ünvana çatanda polis qadını çarpayıda başından güllə yarası ilə aşkar edib. Yanında tapança olub. Qadının təcili tibbi yardım əməkdaşları tərəfindən öldüyü elan edilib”, – polis sözçüsü polkovnik-leytenant Mavela Masondo bildirib.

1,2 milyonu olan “Instagram” hesabının abunəçiləri byuti-bloqer və vizajist Maya Mia istifadəçi adı ilə tanınırdı. Onun sevgilisi, “Carnilinx” tütün istehsalçısı şirkətinin rəhbəri Kayl Fillips polisə yataq otağından güllə səsi eşidəndə vanna otağında dişlərini fırçaladığını deyib.

Silahın dəqiq kimə məxsus olduğunu polis açıqlamayıb, bunun istintaqa mane olacağı bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki