image-qanunla-reklam
image-1661404809_meksika-catisma-aa-1624482_2

Meksikada kartellər arasında toqquşma olub

image-lady-day-az

Meksikanın Miçoakan ştatında mütəşəkkil cinayətkar qrupların toqquşması nəticəsində 8 dəstə üzvü həyatını itirib.

Qanunla.az xarici KİV-ə  istinadən xəbər verir ki, ştatın Tuzantla rayon meydanında kartellər arasında silahlı qarşıdurma baş verib.

Saatlarla davam edən qarşıdurmadan sonra 8 dəstə üzvü öldürülüb. Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.

Dövlət prokurorunun açıqlamasına görə, münaqişənin “EL Pez Brothers” və “La Familia Michoacana” adlı dəstələr arasında baş verdiyi ehtimal edilir.

Ölkədə şiddətin ən çox olduğu ştatlardan biri olan Miçoakan narkotik kartellərinin hakimiyyət mübarizəsinə səhnədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki