image-qanunla-reklam
image-1671782810_1671782734_1671094468_1669710121_1663586687-2021-03-19-12-52-54mkw1n7mvgaxj5mycdmb0_file

“Məhkəmələrdə ötür-ötür məsələsi əsas problemlərdəndir” – Siyavuş Novruzov

image-lady-day-az

“Bu gün Azərbaycanda fəaliyyət göstərən məhkəmələrin hər birinin üzərinə düşən işlərin sayı çoxdur. Məhkəmədə olan işlərin gecikməsi, həm də keyfiyyətə təsiretmə baxımından müəyyən problem var. Bu gün hüquq-mühafizə orqanları arasında ən çox şikayət məhz məhkəmələrlə bağlı olur”.

Qanunla.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, bəziləri məhkəmənin ədalətsiz qərar verdiyini hesab edirlər:

“Hər hansı səhv hərəkət olanda iş sonda məhkəməyə gedir. Ona görə də məhkəmə işlərinin ədalətli olub-olmaması önəmlidir. Çünki yekun qərarı məhkəmə verir. Əgər vətəndaşın narazılığı məhkəmədən olursa, deməli işin keyfiyyəti düzgün getmir”.

Deputat qeyd edib ki, Azərbaycandan Avropa məhkəməsinə kifayət qədər şikayət gedir: “Bunun üçün də dövlət ayrı-ayrı şəxslərə vəsait ödəməyə məcbur olur. Söhbət işin mahiyyətindən yox, məhkəmə işinin aparılması qaydasında düzgün olmayan prosedurdan gedir. Düzgün aparılmayan prosedur varsa, deməli məhkəmənin çıxardığı qərar ədalətli ola bilməz. Yeni təyin olunan hakimlər buna ciddi fikir verməlidir. Qaça-qaçla tələsik qərar vermək olmaz. Hər bir prosesdə təcrübənin böyük əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, ölkədə yaxşı məhkəmə binaları var, yüksək şərait də yaradılır. Lakin önəmli olan işin keyfiyyətidir. Bu gün məhkəmələrdə ötür-ötür məsələsi də əsas problemlərdəndir. Vətəndaşlar illərlə süründürməçilik yaşayır. Misal olaraq, hər hansı işlə bağlı iki məhkəmə təsdiq verir, amma Ali Məhkəmə həmin qərarları ləğv  edir. Deməli, hər iki məhkəmə cəzalandırılmalıdır ki, qəbul etdiyin qərar düz deyil. Hətta qərar çıxaran hakimin əməkhaqqısı kəsilməli, yaxud digər tənbeh tədbirləri icra olunmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki