image-qanunla-reklam
image-1658696568_muhammed-ali-kemer_3157

Məhəmməd Əlinin çempionluq kəməri hərraca çıxarıldı

image-lady-day-az

1974-cü ildə “Rumble in the Jungle” matçında qalib gələn Məhəmməd Əlinin ağır çəkidə çempionluq kəməri hərracda 6,18 milyon dollara satılıb.

Qanunla.Az xəbər verir ki, Məhəmməd Əlinin 1974-cü ildə Corc Formanı “Cəngəllikdə Rumble” matçında məğlub etdiyi qızıl kəmər bu gün hərraca çıxarılıb.

İndianapolis Colts komandasının sahibi Cim İrsey 6,18 milyon dollar verərək kəmərin sahibi olub.

İrsay kəməri Amerika tarixi və pop mədəniyyəti ilə bağlı xatirə kolleksiyası üçün aldığını təsdiqləyib və sosial media hesabından kəməri aldığı üçün qürur duyduğunu yazıb.

Kəmər avqustun 2-də Çikaqodakı Navy Pierdə və sentyabrın 9-da İndianapolisdə nümayiş etdiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki